Kopenhagendə şəhərə gələn turistlər mükafatlandırılacaq

Kopenhagendə şəhərə gələn turistlər mükafatlandırılacaq
DÜNYA
11:55 15.07.2024
129
Avropa Birliyindəki bir çox ölkə artan turist sayına qarşı tədbir görməyə başlayıb.  

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen pulsuz içkilər və xizək sürmək kimi imtiyazlarla ölkəyə səyahətçiləri cəlb etməyi planlaşdırır. 

Bazar ertəsindən velosiped sürməyi, ictimai nəqliyyatdan istifadə etməyi, limanda və ya şəhər parklarında bağçılıq və ya zibil toplamaq kimi yüngül işlərlə məşğul olanları mükafatlandıracaq.

Rəsmi Kopenhagen turizm şurası olan Wonderful Copenhagen-dən Mikkel Aaro-Hansen, bu ideyanın turistlər və yerli sakinlər arasında qarşılıqlı, faydalı və daha az narahatlıq yaradan əlaqələr yaratmaq üçün işlək yol tapmaq istəyən digər şəhərləri ruhlandıracağına ümid etdiyini söyləyib.
 
İspaniyanın Barselona şəhərində həddindən artıq turizmin yaratdığı izdihamdan bezən insanlar turistlərə su tapançasından su çiləyiblər.
 
Bir çox şəhərlər isə bir günlük səyahət edənlərdən giriş haqqı almağa başladılar.
 
Gülay
OXŞAR XƏBƏRLƏR