"Qarabağ" "Kopenhagen"lə oyunda qələbəyə layiq idi.
AZXEBER.COM xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" komandasının baş məşqçisi Yakob Neestrup mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. "Qarabağ" qələbəyə layiq idi".
O bütün rəqiblərə hörmət etdiklərini söyləyib:
"Qarabağ" təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm".
/report