"Kopenhagen"lə heç-heçə edən "Qalatasaray"ın qazandığı məbləğ AÇIQLANDI

İDMAN
19:49 21.09.2023
235
Ötən gün "Kopenhagen" klubu ilə üzləşən "Qalatasaray"ın qazandığı məbləğ məlum olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqası A qrupunun ilk matçında "Kopenhagen"lə 2:2 bərabərə qalan "Qalatasaray" 26,8 milyon lirə qazanıb.
 
Sarı-qırmızılılar matçda qalib gəlsəydilər, 80.6 milyon lirə qazanacaqdılar.

RAMS Parkda oynanan qarşılaşmada 2 top fərqi ilə geri düşən "Qalatasaray" son dəqiqələrdə rəqibində qalan 10 nəfərdən yararlanaraq ardıcıl qollar vuraraq meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.

Meydandan qələbə ilə ayrılacağı təqdirdə 2.8 milyon avro pul mükafatı alacaq komanda heç-heçəyə razılaşıb.
 
Bu nəticə ilə sarı-qırmızılılar 930 min avro qazanıb.0
 
Günel
OXŞAR XƏBƏRLƏR