Kor qızı döydülər, zorladılar

DÜNYA
11:35 31.10.2015
2065
Rusiyanın paytaxtı Moskvada gözdən əlil olan qızı vəhşicəsinə döyəndən sonra ona təcavüz ediblər.
Manyak qızı döyəndən və zorlayandan sonra onu qarət edib. Hadisə Planer küçəsində, kor qızın yaşadığı evin yaxınlığında baş verib.
Kor qız xəstəxanaya aparılıb.
Moskva şəhər Prokurorluğunun yetkilisi Yuliya İvanovanın dediyinə görə, cinayətkar qızı döyərək onun çənəsini və burnunu sındırıb, sonra zavallıya təcavüz edib, sonda isə qızın yaşadığı mənzilin açarlarını, bank kartını və mobil telefonunu götürərək aradan çıxıb.
Cinayətkar artıq tutulub.
///milli.az
OXŞAR XƏBƏRLƏR