Koreya hərbçiləri Rusiyaya kömək üçün döyüşürlər - Lavrov

Koreya hərbçiləri Rusiyaya kömək üçün döyüşürlər - Lavrov
SİYASƏT
10:37 12.07.2025
313
"Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətinin azad edilməsində iştirakı iki ölkə arasında münasibətlərin "məğlubedilməz qardaşlıq” kimi səciyyələndirilməsinin birbaşa təsdiqidir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri şənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov KXDR-dən olan həmkarı Çoi Son Xi ilə görüşündə deyib ki, Rusiya-Koreya strateji müttəfiqliyi Kursk vilayətində praktiki mənada əyani təsdiqini tapıb, Koreya Xalq Ordusunun döyüşçüləri rusiyalı hərbçilərlə çiyin-çiyinə savaşaraq hətta həlak olublar.

Lavrov xatırladıb ki, Moskva Şimali Koreya lideri Kim Çen Inın "xüsusi əməliyyat”da Rusiyaya kömək etmək təkliflərinə müsbət cavab verib.

"Səmimi həmrəylik nümayiş etdirməkdən imtina etmək üçün heç bir əsasımız yox idi. Biz ondan çıxış edirik ki, strateji tərəfdaşlıq sazişini həyata keçirəcəyimiz formaları KXDR özü müəyyənləşdirir", - nazir deyib.
 
\Modern.az
OXŞAR XƏBƏRLƏR