Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı
DÜNYA
17:48 28.03.2020
2952

Müasir təbabətin hələ də tam öyrənə bilmədiyi koronovirusla (COVİD-19) bağlı az qala hər gün yeni xüsusatlar ortaya çıxır. Belə ki, Çin həkimləri ilk dəfə olaraq virusun ən ağır formalarının mədə-bağırsaq sistemində kəskin problemlər yaratdığına dair nəticəyə gəliblər.

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, barədə məqalə medRxiv.org elektron kitabxanasında yerləşdirilib.

"Biz ilk dəfə olaraq kritik vəziyyətdə olan koronovirus daşıyıcısında mədə və bağırsağın işində kəskin pozuntular müşahidə etdik. Məlum oldu ki, belə problemlər xəstələrin 86,7%-i üçün xarakterikdir. Özü də ağırlaşmanın dərəcəsi infeksiyanın nə dərəcədə ağır və ya yüngül keçməsindən birbaşa asılıdır", - həkimlər qeyd edib.

Uhan Universitetinin Elm, Texnologiya və Tibb universitetlərindən olan Çin tibb mütəxəssislər belə bir qənaətə kritik durumda olan infeksion xəstələrdə ümumi simptomları öyrənərkən gəliblər. Bundan ötrü onlar Uhan şəhər xəstəxanalarında fevralın birinci həftəsindən martın birinci həftəsinədək müddətdə yatmış pasiyentlərin xəstəlik tarixlərini təhlil ediblər.

Ümumilikdə xəstələrin sayı 1300 olub. Onlardan da 83-ü kritik vəziyyətdə olub. Həmin xəstələrdən yarısı mart ayında dünyasını dəyişib.

Sağalan və ölən xəstələrdə xəstəliyin gedişatını öyrənən tibb mütəxəssislər bir qeyri-adi, ümumi cəhəti qeyd ediblər: 83 pasiyentdən 72-ci (86%) təkcə pnevmoniyadan, yüksək hərarətdən və koronovirus infeksiyasının digər tipik simptomlarından yox, həm də bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkiblər. Alimlərin bildirdiyinə görə, 50% hallarda bu fəsadlar geridönməz olub, qalan xəstələrdə isə onlar sağalan kimi yox olub.

Məqalədə daha sonra deyilir ki, hələlik dəqiq bilinmir ki, mədə-bağırsaq traktında bu pozuntular SARS-CoV-2 virusuna yoluxma ilə bağlıdır, yoxsa onlar yoluxmaya qədər də xəstələrdə olub. Başqa yandan, alimlər ehtimal edir ki, birinci variant daha realdır, nədən ki, oxşar zədələnmələr SARS atipik pnevmoniyası və Yaxın Şərq MESR qızdırması zamanı da özünü göstərib - hansı viruslar ki, Covod-19-a "qohum" sayılır.

Bu qənaətin xeyrinə işləyən məqamlardan biri də odur ki, həzm sistemi pozuntularının ağırlıq dərəcəsi pasiyentin ölüm ehtimalı ilə, xəstəliyin müddəti və xəstənin başqa simptomlarının ağırlıq dərəcəsi ilə birbaşa bağlı olub. Cin mütəxəssislərə görə, bütün bunlar insanların Covid-19-la bağlı xəstəxanaya yatırılması və müalicəsi zamanı nəzərə alınmalıdır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc