Bu ölkə minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Bu ölkə minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
DÜNYA
02:08 25.10.2026
170
Almaniya hərbi arsenalını gücləndirmək məqsədilə Avropa istehsalçılarından minlərlə yüksəkdəqiqlikli uzaqmənzilli silah sistemi almağı planlaşdırır.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Berlin Rusiyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirməyə çalışır.

Bildirilib ki, ABŞ istehsalı olan "Tomahawk” qanadlı raketlərinin Almaniyaya tədarükü qeyri-müəyyən müddətə təxirə salındığından ölkə alternativ silah sistemlərinə üstünlük verir.

Mənbələrin sözlərinə görə, Almaniya Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-ın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən "Covenant” şirkəti ilə bir milyard avrodan artıq dəyərində müqavilə bağlanması üçün danışıqlar aparırlar.

Söhbət qurudan buraxılmaq üçün nəzərdə tutulmuş minlərlə yüksək güclü "Anthem” qanadlı raketinin alınmasından gedir.

Müqavilənin yekunlaşdırılması və tədarükün başlanma tarixi barədə hələlik məlumat verilməyib.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR