CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir

CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir
DÜNYA
01:49 25.10.2026
131
Birləşmiş Ştatlar regionda vəziyyətin daha da gərginləşməsi təhlükəsi fonunda Yaxın Şərq ölkələrindən öz diplomatik nümayəndəlikləri əməkdaşlarının bir hissəsinin və onların ailə üzvlərinin çıxarılmasını təcili şəkildə təşkil edir.

Bu barədə vəziyyətlə tanış olan çoxsaylı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 23 oktyabr tarixində ABŞ-nin dövlət katibi Marko Rubioya ünvanlanmış xidməti qeyddə Amerika kəşfiyyatının İranın əhəmiyyətli dərəcədə güclənməsini qeydə aldığı bildirilir.

Qeydə əsasən, Tehranın ehtimal olunan hücumlarına hazırlıq "istər Yaxın Şərqdə, istərsə də bəzi digər ölkələrdə irəliləmiş mərhələlərə çatıb".

Bununla belə, CNN qeyd edir ki, diplomatik xidmət əməkdaşları təxliyənin xaotik təşkilindən və maliyyə dəstəyinin yetərsizliyindən şikayətlənir. Onların bir çoxu İranla müharibə zamanı məcburi gedişdən sonra yalnız bu yaxınlarda öz vəzifələrinə qayıdıblar. İndi yenidən mənzil və uşaqları üçün məktəb axtarmaq məcburiyyətindədirlər.
 
///report///
OXŞAR XƏBƏRLƏR