Tramp: "Mənə lazımi qiymət verilmir"

Tramp: "Mənə lazımi qiymət verilmir"
DÜNYA
02:43 25.10.2026
153
ABŞ Prezidenti Donald Tramp riyazi bacarıqları ilə fəxr etdiyini bildirib. O, koqnitiv testi üç dəfə keçdiyini desə də, nailiyyətlərinin lazımi səviyyədə qiymətləndirilməməsindən şikayətlənib.

Tramp bu barədə Ayova ştatında çıxışı zamanı danışıb.

Çıxışında ABŞ lideri keçdiyi testin mürəkkəbliyini nümayiş etdirmək qərarına gəlib. O, qısa müddətdə həll edilməli olduğunu iddia etdiyi bir sıra riyazi əməliyyatları səsləndirib.

Tramp əvvəlcə 49-u üçə vurmağı, alınan nəticəni dördə bölməyi, üzərinə 2019 əlavə etməyi, sonra 87 çıxmağı, yenidən üçə bölməyi və sonda doqquza vurmağı təklif edib.

Prezident bu tapşırığın öhdəsindən az adamın gələ biləcəyini, özünün isə bunu üç dəfə bacardığını bildirib.

"Bunu çox az adam edə bilər. Çox az adam. Mən bunu üç dəfə etdim və bilirsiniz, buna görə mənə lazımi qiymət verilmir. Bu barədə danışmırlar. Xeyr, danışmırlar", - deyə Tramp şikayətlənib.

Bununla belə, o, səsləndirdiyi riyazi məsələnin cavabını açıqlamayıb.

ABŞ prezidenti çıxışını davam etdirərək koqnitiv testdən uğurla keçdiyini emosional şəkildə vurğulayıb. Daha sonra tədbir iştirakçıları arasında olan həkimi axtarmağa başlayıb.

"Mən bu lənətə gəlmiş testi keçdim. O həkim haradadır? Lənət olsun, o həkim haradadır? Budur, buradadır", - deyə Tramp bildirib.

O, həmçinin prezidentlə birlikdə olan hərbi həkimləri xatırladıb və Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərifləyərək onu möhtəşəm adlandırıb.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR