Koronavirus ilə qrip arasındakı fərq nədir? - Mütəxəssislər açıqladı

SAĞLAMLIQ
16:36 30.09.2021
1794
Soyuq havaların gəlməsi ilə qripə yoluxma halları artmağa başlayıb. 
 
AZXEBER.COM Türkiyə mətbuatının araşdırmasına istinadən xəbər verir ki, bu səbəbdən iki xəstəliyin simptomlarının çox oxşar olduğunu xəbərdar edən mütəxəssislər koronavirus və qrip arasındakı fərqləri izah ediblər.
 
Koronavirusda qoxu və dad itkisi kimi simptomlar olsa da, qripdə belə bir simptomun görülmədiyini söyləyən mütəxəssislər qripin mövsümi bir xəstəlik olduğunu da vurğulayıblar.

"Korona ilə qripi necə ayırd etmək olar?" suallarına mütəxəssislər cavab veriblər.

Onlar bildiriblər ki, qoxu və dad itkisinə bənzər simptomlar varsa, bu koronavirusun simptlomlarından biri ola bilər.

Professor Nevin İnce "Qrip xüsusilə payız, qış və yaz aylarında görülən tənəffüs yollarının ifrazatları ilə ötürülən bir xəstəlikdir. Qızdırma, üşümə, halsızlıq, yorğunluq, baş ağrısı, əzələ və oynaq ağrısı kimi şikayətlər isə koronavirusdan xəbər verir”. 

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR