Sağlam qidalanma ilə bağlı açıqlamaları ilə tanınan türkiyəli həkim Canan Karatay koronavirus peyvəndi olan insanlara xəbərdarlıq edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həkim koronavirus peyvəndi olunan şəxslərə məsləhətlər verib.
Canan Karatay peyvəndlərin yan təsirlərindən qidalanma ilə qurtulmağın düsturlarını açıqlayıb.
Peyvənd olunan bir çox insanın hazırda digər problemlərlə qarşılaşdığını deyən həkim vaksin olunan bütün insanlar üçün qidalanma ilə bağlı məsləhətlər verib.
"Ən vacibi yeməklərə qatılan yağlardır. Soyuq sıxılmış təbii zeytun yağı dərmandır. Bu yağ sizi kökəltmir, həm də qaraciyər yağını azaldır. Zeytun yağı təbii qan durulaşdırıcıdır. Bədənin bütün orqanlarını qidalandırır. İnfarktın, Alzheimer xəstəliyinin qarşısını alır. Həmçinin bol su, hərəkət, normal yuxu yatmaq peyvənd olunan bütün vətəndaşlar üçün son dərəcə vacibdir”, - deyə həkim bildirib.
Ayşən