“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

ÖZƏL
18:23 03.04.2020
4325
Köln Universitetinin Tibb elmləri doktoru və Köln Universitet klinikasının Radiologiya İnstitutunun şöbə müdiri Nuran Abdullayev dünyada geniş yayılan koronavirus pandemiyası ilə bağlı AZXEBER.COM-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik: 
 
- Koronavirusu bu qədər təhlükəli edən amillər hansılardır?
 
- Onu deyə bilərəm ki, bu virusu təhlükəli edən iki amil var. Virus yayıldığı 5 nəfər arasında 4 nəfər bu virusu yüngül formada keçirir. Bu da virusu ona görə təhlükəli edir ki, həmin insanlar virusa yoluxmaları haqda məlumatsız olurlar. Yoluxuculuq əmsalı ortalama 3 olan bu virusda, başqa adamlar yoluxmağa başlayır. Nəticə etibarilə heç bir tədbir görülməzsə, yoluxma faizi 88%-ə qədər olar ki, bu da pandemiyanın kütləvi yayılmasına səbəb olacaqdır. Məhz bütün bunları nəzərə alaraq, ilk görülməli iş virusun yayılmasının qarşısının alınmasıdır. Bu gün ölkədə görülən tədbirlər də, bu istiqamətdə atılmış düzgün addımlardır.

-Virus ağ ciyərdən başqa hansı orqanlarda problem yarada bilər?
 
- Artıq son 72 saatdır ki, bu virusla bağlı elmə 2 böyük vacib orqanın zədələnməsi haqda məlumatlar daxil olur. Bu orqanlar ürək və beyindir.

- Doğrudur ki, koronavirusun isti aylarda yayılması azalacaq?
 
- Onu deyə bilərəm ki, hava şəraiti ilə bağlı aparılan araşdırmalarla tanışam. Ancaq onu qeyd eləmək lazımdır ki, bu elmi araşdırmaların heç biri normal hava şəraitində uyğun olan bir şəkildə aparıla bilməz. Ortalama yoluxma əmsalı 3 olan bu virusda, yayda heç bir tədbir görülməzsa 0.5 əmsal azalacaqdır. Bu o deməkdir ki,  adamın başqa adamı yoluxdurması ikidirsə, yayda 1.5 olacaqdır ki, bu da daha az adamın yoluxacağı deməkdir.
 

OXŞAR XƏBƏRLƏR