Koronavirus testindən necə keçmək olar? - TƏBİB-dən AÇIQLAMA

Koronavirus testindən necə keçmək olar? - TƏBİB-dən AÇIQLAMA
SOSİAL
16:31 22.04.2020
1687
"Koronavirus testləri istəyə uyğun həyata keçirilmir”.

AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

R.Əliyeva qeyd edib ki, aprelin 21-də açıqlanan son statistikaya əsasən Azərbaycanda indiyədək edilən testlərin sayı 102 764-dür:

"Test edilənlərin siyahısına həm koronavirusa yoluxan xəstələr, həm karantində olanlar, həm də özündə hansısa şübhəli əlamətlər hiss edərək, "103”ə müraciət edənlər daxildir. Hələlik müayinələr bu istiqamətdə aparılır”.
OXŞAR XƏBƏRLƏR