Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
ÜST-ün məlumatında bildirilir ki, hazırda koronavirusa yoluxan və sağalan, bədənində antitellər olan şəxslərin yenidən təkrar yoluxmayacağına dair heç bir sübut yoxdur.
Məlumatda qeyd edilir ki, bəzi hökumətlər COVİD-19-dan sağalan və bədənində virusa qarşı antitellər olan şəxslərin təkrar infeksiyadan qorunduğunu güman edərək bunun səyahətə və ya işə qayıtmağa imkan yaradan "toxunulmazlıq pasportu" və ya "risksiz sertifikat" olduğunu düşünürlər: "Belə insanların ikinci bir infeksiyadan qorunmasına dair heç bir dəlil yoxdur”.
///APA