Koronavirusa yoluxan kişi onu xəstəxanaya aparmaq istəyən polisi bıçaqladı

Koronavirusa yoluxan kişi onu xəstəxanaya aparmaq istəyən polisi bıçaqladı
DÜNYA
14:26 20.04.2020
1453
Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində koronavirusa yoluxan xəstə polis əməkdaşını bıçaqlayıb.

Bu barədə REN TV Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinə istinadən xəbər yayıb.

Bildirilib ki, 1963-cü il təvəllüdlü koronavirusa yoluxan şəxs klinikaya getməyə etiraz edib. O, qəfildən bıçaq çıxararaq, polisə hücum edib. Yaralanan asayiş keşikçisi xəstəxanaya yerləşdirilib.

Fakta bağlı araşdırmalara başlanıb.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR