"Koronavirusa yoluxan Mətanət İsgəndərlinin vəziyyəti xeyli yaxşılaşıb" - AÇIQLAMA

"Koronavirusa yoluxan Mətanət İsgəndərlinin vəziyyəti xeyli yaxşılaşıb" - AÇIQLAMA
MAQAZİN
16:48 04.05.2021
799

"Koronavirusa yoluxan müğənni Mətanət İsgəndərlinin vəziyyəti xeyli yaxşılaşıb".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətanət İsgəndərlinin prodüseri Azad Mirzəyev deyib.

O deyib ki, müğənni özünü yaxşı hiss edir: 

"5 -10 dəqiqə bundan öncə hospitaldan bildirdilər ki, vəziyyəti yaxşıya doğru gedir. Yəqin ki, sabah gün ərzində palataya köçürüləcək. Yeyir, içir, özündədir, əlavə heç nədən istifadə etmir, özü nəfəs alıb, verir. Karantin müddəti var, yəqin ki, 10-14 gün ərzində Mətanət xanım xəstəxanadan çıxacaq”.

Prodüser müğənninin harada koronavirusa yoluxduğunu bilmədiyini deyib: "Mən inanmıram ki, Mətanət xanım koronavirusa toyda yoluxub. Bunu heç kəs bilə bilməz. Ola bilsin dükanda, küçədə, hardasa yoluxub”.

 

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR