Koronavirusa yoluxan Xalq artistindən xəbər var

MƏDƏNİYYƏT
13:19 31.01.2022
344
Koronavirusa yoluxan Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayevin vəziyyəti yaxşılaşıb.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Aktyor bildirib ki, həkimlər ondan analiz nümunələri götürüb:

"Bu gün cavablar çıxmalıdır. Cavablar müsbət olarsa, həkimlər məni xəstəxadan evə buraxacaq. Ümidlə gözləyirəm".

Qeyd edək ki, Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayev ikinci dəfə koronavirusa yoluxub. Aktyor hazırda "Yeni Klinika"da müalicə olunur.

OXŞAR XƏBƏRLƏR