İngiltərədə son vaxtlar koronovirusa yoluxanların sayı artsa da, araşdırmalar nəticəsində ən çox görülən COVİD-19 simptomları sıralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası öz təsirini hiss etdirməyə davam edir.
İngiltərədə son 7 gündə 26 min 185 nəfərin koronovirusa yoluxduğu bildirilərkən, koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayının əvvəlki ayla müqayisədə artdığı bildirilib.
Britaniya mediasında yer alan xəbərlərdə koronovirusla bağlı məlumatları dərc edən "Zoe Sağlamlıq Araşdırması” adlı proqram ən çox görülən simptomları sıralayıb.
"Zoe Sağlamlıq Araşdırması” tərəfindən dərc edilən məlumatlara görə, ən çox rast gəlinən hallar aşağıdakılardır:
- Boğaz ağrısı
- Burun axması
- Burun tutulması
- Asqırmaq
- Quru öskürək
- Baş ağrısı
- Bəlğəmlə öskürək
- Əzələ ağrısı
- Qoxu hissi azalır
Ayşən