Koronavirusa yoluxmuş 3 Azərbaycan vətəndaşı sağaldı

SAĞLAMLIQ
21:28 10.03.2020
4548
Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan AZXEBER.COM-a bildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

OXŞAR XƏBƏRLƏR