Fatih Terim koronavirusa qalib gəldi

İDMAN
11:51 07.04.2020
1267
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim sağalıb.

 AzxeberSport "Fox haber"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin koronavirus testi mənfi çıxıb.

Martın 23-də koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya yerləşdirilən, bir həftə sonra isə evə buraxılan 66 yaşlı mütəxəssisin son testinin cavabı onun tamam sağaldığını göstərir. Buna baxmayaraq, "cim-bom"un çalışdırıcısı aprelin 13-nə qədər evində karantin rejimində qalacaq.

 
Qeyd edək ki, "Qalatasaray"ın koronavirusa yoluxan vitse-prezidentləri Abdurrahim Albayrak və Yusuf Günay da müalicəsini evdə davam etdirirlər.
 

OXŞAR XƏBƏRLƏR