BAKU AZƏRBAYCAN
8°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Koronavirusdan necə qorunaq?

Koronavirusdan necə qorunaq?
SAĞLAMLIQ
15:32 23.02.2020
4587

Çində aşkarlanmış yeni korona virusu artıq bir çox ölkəyə yayılıb. Mütəxəssislərin fikrincə, insanlardan bir-birinə keçə biləcək bu virus pnevmoniyanın bir növüdür və ölkələrin əksəriyyəti bu xəstəliyin yayılmaması üçün mübarizəyə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev "Turan” agentliyinə deyib ki, Azərbaycanda korona virusuna yoluxma halı aşkarlanmayıb. Onun sözlərinə görə, bu virus Azərbaycan ərazisində yoxdur.

Elvin Hacıyev yeni virusla bağlı profilaktik tədbirlərdən danışarkən xatırladıb ki, Səhiyyə Nazirliyi bir neçə gün əvvəl vətəndaşlara tövsiyə xarakterli açıqlama yayıb. O vurğulayıb ki, vətəndaşlar xəstəliyin baş qaldırdığı bölgələrə gedərkən kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamalıdırlar: "Əlləri tez-tez yumaq lazımdır. Xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra. Canlı və ya ölü heyvanlarla yaxın təmasdan çəkinmək lazımdır. Həmçinin vətəndaşlar kəskin respirator infeksiyanın simptomlarını daşıyan şəxslər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.

Elvin Hacıyev deyib ki, Dövlət Gömrük Komitəsi də virusun ölkəyə keçməməsi üçün tədbirlər görür.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və başqa simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Bu tədbirlər uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar, termometr, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla həyata keçirilir.

Gömrük komitəsindən onu da bildiriblər ki, tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdədir: "Yoxlanış zamanı xəstə və xəstələndiyi şübhə doğuran şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb”.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə deyib ki, Çində aşkarlanan korona virusunun yayılma riski istisna deyil. Onun sözlərinə görə, yeni virus tibbi gedişə görə ağır hesab olunur: "Xüsusilə turizm və ticarətlə əlaqəli xaricə gedən Azərbaycan vətəndaşları qayıdarkən həmin virusa yoluxa bilərlər. Ona görə Çinə gedən insanlar özlərini gözləməlidirlər, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmalıdırlar. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bir sözlə, özlərini qorumalı, termiki işlənmiş qidalardan istifadə etməli, xəstələnən kimi həkimə müraciət etməlidirlər. Bu virus təhlükəli fəsadlar törədə bilər”.

Korona virusu ilə bağlı ölüm xəbərləri yayılmaqda davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan bu virus ötən ilin dekabrından bir çox insanın ölümünə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:12 02.04.2020

"Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir" - İbrahim Məmmədov

22:59 02.04.2020

İtaliyada bu gün koronavirusdan 760 nəfər öldü

22:50 02.04.2020

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik - VİDEO

22:31 02.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötdü

22:18 02.04.2020

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi

21:59 02.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

21:31 02.04.2020

SMS-lər pulsuz olacaq

21:27 02.04.2020

Xüsusi karantin dövründə fasiləsiz işləyəcək müəssisələr açıqlandı

21:13 02.04.2020

Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

20:38 02.04.2020

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız - Qaydalar açıqlandı

20:28 02.04.2020

Son dəqiqə! Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

19:54 02.04.2020

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"