Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Malavidə 1002 nəfərin ölümünə səbəb olan vəba epidemiyası davam edir.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.
Malavidə vəba epidemiyası nəticəsində ölənlərin sayı sürətlə artır. Malavi Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni yoluxma aşkarlanıb.
Səhiyyə naziri Khumbize Kandodo Çiponda ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb.
Ayşən