Koronavirusdan vəfat edən həkimin qızı: “Kimin hansı şəraitdə bu virusa yoluxduğunu heç kim bilə bilməz”

Koronavirusdan vəfat edən həkimin qızı: “Kimin hansı şəraitdə  bu virusa yoluxduğunu heç kim bilə bilməz”
SOSİAL
21:05 21.06.2020
3375
"Bir neçə gün öncə Azərbaycanın tanınmış onkoloq-cərrahı Namazov Fikrət Rauf oğlu amansız xəstəlik (COVİD-19) üzündən dünyasını dəyişdi, artıq 6 gündür o, haqq dünyasına qovuşub, amma çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, ozlərini "jurnalist" adlandıran bəzi şəxslər həkimin hansı şəraitdə bu xəstəliyə yoluxduğu barəsində tutarsız şayiələr yayırlar”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında bir neçə gün öncə koronavirusdan dünyasını dəyişən tanınmış həkim Fikrət Namazovun qızı Aygül Namazova deyib. 

O Fikrət Namazovun koronavirusa hansısa məclisdə yayılması xəbərini təkzib edib: "Bəzi saytlar həkimin karantin qaydalarına əməl etmədiyini və xəstəliyə hansısa məclisdə yoluxduğu qeyd edirlər. 
 
Nəzərinizə çatdıraq ki, bugünkü gündə heç kim virusa harada və necə tutula biləcəyi barədə dəqiq məlumat verə bilməz. 

Mən buna misal olaraq onlarla məşhurları, həkimləri, körpələri, hətta TƏBİB-in öz yaxınlarının bu virusa tutulmalarını qeyd edə bilərəm. Bəs əgər belədirsə, niyə həkimin bu virusa tutulmağı bu gün yersiz müzakirədədir? Bu üzücü faktorlar istər ölkədaxili, istərsə də ölkəxarici amil kimi qeyd etmək olar. Fikrət Namazovun bu xəstəliyə haradan ve hansı şəraitdə yoluxduğu, harada hansı xəstəsini muayinə edərkən yoluxduğu belə bilinmir. Mən çox böyük əminliklə qeyd edə bilərəm ki,  həkim respublikamızda karantin vəziyyəti elan olunduqda bütün gigiyenik qaydalara  riayət etmiş (həm özünü, həm də ailəsini, yaxınlarını və ən əsas müayinə etdiyi onkoloji xəstləri) düşünərək addımlar atmışdır. 

Həkimin qızı bir daha ictimaiyyətə müraciət edib: 

"Mən bu gün üzülərək qeyd edirəm ki, bəzi dırnaqarası "jurnalistlərin" həkimin hanısa  tədbirdə yoluxduğunu qeyd etmələri çox üzücüdür. Nə qədər məntiqə uyğundur bu düşüncə? Cahil insanların əsassız qınağını pisləyirəm və etiraz edirəm. 

Bütün dünyanın bu amansız xəstəliyin qarşısında aciz qaldığı bir dövrdə "ağıllılar"ın bu düşüncəsinə sadəcə kinayə ilə yanaşıram. Pandemiya elan olunan zaman həkim ailə üzvlərinə söyləmişdi ki, hətta onun yaşı risk qrupuna aid olsa belə, COVİD-19 xəstəliyinə yoluxmuş xəstələr arasında onkoloji xəstə olarsa, o hər bir riski göz altına alıb o xəstələri müayinə edəcək. 

Bəs yaxşı əgər  bir həkim özünü bu xalqa fəda etməyə hazır biridirsə, hər  bir zaman dovlətinə,  xalqına layiqincə  xidmət edirsə, belə bir xəbəri yaymaqda bu "yazarların" məqsədi nədir? 

Yüzlərlə xəstəsinin  sevimlisinə - bir ailə üzvünə cevirilən həkim indi hansısa bir jurnalistlərin yazısında o həkimin yaddaşlarda məsuliyyətsiz bir həkim kimi yadda qalması həm
onun ruhuna hörmətsizlik, həm də ailəsinə böyuk zərbədir. Lakin inanıram ki, düşüncəli insanlar, bu çarəsiz xəstəliyin hər kəsin aciz qaldığı bir məqamda vəzifəsindən və kimliyindən asılı olmayaraq  bu xəstəliyə tutulan insanlar haqqında savadsız şayiələr gəzdirən insanları qınayacaqlar. 

Çünki dövlət vətəndaşlarının hüquqlarının qorunmasının qarantıdır və bu məsələdə heç kimin şərəf və ləyaqəti alçaldıla bilməz.
OXŞAR XƏBƏRLƏR