Koronavirusla bağlı xəbərdarlıq - Bu əlamət varsa...

SAĞLAMLIQ
10:18 14.06.2021
1555
2019-cu ilin sonlarında Çinin Uhan şəhərində ortaya çıxan və bu günə kimi dünyada yayılmaqda davam edən koronavirus infeksiyasının simptomları Hindistan ştammı ilə kəskin şəkildə dəyişib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, belə bir qənaətə koronavirusu araşdıran London Kral Kollecinin alimləri gəliblər.

Yeni ştammın simptomları ilk növbədə baş ağrısından ibarətdir. Daha sonra boğaz ağrısı, burun axıntısı və qızdırma gəlir.

Araşdırmalara görə, hazırda az insan dad və iybilmə hissini itirir. İngiltərədə virusa yoluxmuş minlərlə insanın məlumatları əsasında aparılan araşdırmaya görə, iybilmə qabiliyyətini itirmək kimi tanınan "Anosmia" artıq ən çox müşahidə olunan 10 simptom arasında yoxdur.

OXŞAR XƏBƏRLƏR