Koronavirusla mübarizə aparan həkimlərə əlavələr ödənilib

SOSİAL
11:19 25.09.2020
138

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 477 min manat vəsait ödənilmişdir. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olmuşdur. 

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 160  tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində  280 min manat vəsait ödənilmişdir. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri olmuşdur.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1072 tibb işçisinə  vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilmişdir. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorları və digər işçiləri olmuşdur. 

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilmişdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

13:29 29.10.2020

Diqqət! Nazirlik adından saxta məktublar göndərilir

13:20 29.10.2020

Prezidentin köməkçisi: "Paşinyan, böyük səhvə yol verdin"

13:09 29.10.2020

“Ermənilərin təqdim etdiyi video saxtadır” - MN

13:08 29.10.2020

Hikmət Hacıyev diplomatlara həmrəyliyə görə təşəkkür edib

12:52 29.10.2020

Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

12:51 29.10.2020

Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb - RƏSMİ

12:41 29.10.2020

Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"

12:31 29.10.2020

Düşmən Bərdə və Goranboyu atəşə tutub - RƏSMİ

12:30 29.10.2020

Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"

12:23 29.10.2020

"Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır"