Koronavirusu 5 dəqiqəyə aşkar edə bilən TEST HAZIRLANDI

MARAQLI
21:25 21.04.2021
500
Yapon tədqiqatçılar yeni növ koronavirus infeksiyasını 5 dəqiqədə aşkar edə biləcək test üsulu hazırlayıblar.

Bu barədə Yaponiya dövlət yayım orqanı olan NHK məlumat yayıb

Qeyd edilib ki, Yaponiyanın RIKEN tədqiqat institutu və Tokyo Universitetinin tədqiqatçıları COVID-19-u aşkar etmək üçün yeni metod tapıblar. Bu metodla koronavirus testinin nəticəsini 5 dəqiqə ərzində əldə etmək olur.

RIKEN-nin əsas müstəntiqi Rikiya Watanabe sadə və sürətli testləri özündə birləşdirən metodun mürəkkəb prosesləri əhatə etmədiyini və kommersiyalaşdırıldığı təqdirdə səhiyyə müəssisələri tərəfindən istifadə edilə biləcəyini söyləyib.
 
///publika.az

OXŞAR XƏBƏRLƏR