Koronavirusu 5G texnologiyası yayır? - ÜST-dən hər kəsi düşündürən suala cavab

Koronavirusu 5G texnologiyası yayır? - ÜST-dən hər kəsi düşündürən suala cavab
SOSİAL
13:26 28.06.2020
3460
Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.

AZXEBER.COM xəbər verir ki, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycam Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR