Koronavirusu ağır formada keçirən qan qrupu məlum oldu

TOP4
14:19 26.06.2020
38348
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, o, "Report"a açıqlamasında mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib: "Buna əlavə olaraq, Avropada aparılan son elmi tədqiqat yeni olaraq onu göstərdi ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. COVID-19 virusuna yoluxanların 3-cü və 9-cu xromosomlarında aşkar edilən gen variantları xəstəliyin ağır gedişata malik olma riskini artırır. Burada da qan qrupunu müəyyən edən önəmli gen və xromosom yer alır. Alimlər bu nəticəyə İtaliya və İspaniyadan olan 4 000 xəstənin müayinəsinə əsaslanan tədqiqatdan sonra gəliblər. Tədqiqatın nəticəsinə görə, II qrup qan daşıyıcısı olan xəstələr də bir növ xüsusi risk qrupuna daxildirlər və onlar bu virusa yoluxan zaman xəstəliyi digər qan qruplarına nisbətən ağır formada keçirə bilərlər".

N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər: "Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 13.07.2020

Müdafiə Nazirliyi rəsmisi: “Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir”

14:47 13.07.2020

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim

14:44 13.07.2020

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı

14:31 13.07.2020

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

14:18 13.07.2020

Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

14:13 13.07.2020

“Ağlınızı başına yığın, Azərbaycanın yanındayıq” - VİDEO

14:04 13.07.2020

Prezident: "Düşmənə yenidən öz yerini göstərəcəyik"

13:49 13.07.2020

Dövlət başçısı: "Sərhəddə gərgin vəziyyət davam edir"

13:39 13.07.2020

Prezident: "Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib"

13:34 13.07.2020

"Bu səhər düşmənə sarsıdıcı zərbələr endirilib, ərazi itkisi yoxdur" - Müdafiə Nazirliyi

13:28 13.07.2020

Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

13:26 13.07.2020

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

13:16 13.07.2020

Prezident İlham Əliyev çıxış edir - VİDEO

13:12 13.07.2020

Elmar Məmmədyarov: Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndiririk

13:03 13.07.2020

"Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib" - RƏSMİ

12:59 13.07.2020

Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”