Koronavirusun mövcudluğunu ilk dəfə elan edən çinli 600 gündən sonra ortaya çıxdı: "Deyə bilməyəcəyim şeylər var"

Koronavirusun mövcudluğunu ilk dəfə elan edən çinli 600 gündən sonra ortaya çıxdı: "Deyə bilməyəcəyim şeylər var"
DÜNYA
12:16 04.10.2021
3979

Vuhanda ortaya çıxan və bütün dünyaya yayılan koronavirus epidemiyasını elan edən Çen Qiushi yenidən ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, yazıları ilə dünya mətbuatının diqqətini çəkən və koronavirusun mövcudluğunu elan edəndən sonra ortadan itən Çen Qiush 600 gün sonra canlı yayımda çıxış edib.

O, çıxışında bu müddət ərzində gizləndiyini və çoxlu sayda hadisələrə şahid olduğunu deyib:

"600 gün ərzində çox şey yaşadım. Bəzilərini deyə bilərəm, bəzilərinə deyə bilmərəm. İnanıram ki, nə demək istədiyimi başa düşəcəksiniz. Sevinirəm ki, sağam''

Qeyd edək ki, sözügedən şəxs Çində bundan öncə də blogerlik fəaliyyəti ilə bir çox gizli məqamların üstünü açmağa nail olmuşdu. O, koronavirusun yayılması ilə bağlı video çəkdikdən sonra ortalıqdan itmişdi.

Mikayıl Mirzəzadə




OXŞAR XƏBƏRLƏR