Koronavirusun “Arcturus” variantının yeni simptomu: Buna diqqət edin

SAĞLAMLIQ
14:21 14.04.2023
416
Son zamanlar bir çox ölkədə, xüsusən də Hindistanda aşkarlanan koronovirusun yeni variantı "Arcturus”un yeni simptomu ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiyaya və yayılmağa davam edir. Son zamanlar bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb.

Omicron variantından təkamül yolu ilə çıxan "Arcturus” variantının son dövrlərdə yayılmağa başladığını qeyd edən hind alimləri və rəsmiləri bu variantın xüsusilə uşaqlarda müşahidə olunan yeni bir əlamət olduğunu bildiriblər.

Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin əlamətləri yüksək hərarət, öskürək və göz qaşınmasıdır. 

Digər tərəfdən, son vaxtlar Hindistanda yoluxma hallarının sürətlə yayıldığı açıqlanıb. Dünyanın ən sıx məskunlaşdığı ölkələrdən biri olan Hindistanda bu gün 11109 yeni yoluxma halı aşkarlanıb.

Alimlər bir gündə baş verən bu artımın son bir ildəki ən böyük artım olduğunu açıqlayıb. Ölkədə yoluxma sayının 49 662 nəfər olduğu da qeyd edilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR