Boğazınız ağrıyırsa, koronavirusa yoluxmuş ola bilərsiniz - Əlamətlər bunlardır

SAĞLAMLIQ
13:25 15.07.2022
418
Şiddətli boğaz ağrısı koronavirusun ən çox görülən yeni simptomu hesab edilir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxma hallarının artması yenidən qorxu yaradıb.
 
Yenidən maska və sosial məsafə ilə bağlı xəbərdarlıqlar edilməyə başlanıb. Bildirilib ki, əvvəllər hərarət və öskürək kimi görünən koronavirusun ən qabarıq əlaməti indi tez-tez boğaz ağrısı ilə özünü göstərir.

İngiltərədə 17500 koronavirus xəstəsi üzərində aparılan araşdırmada yeni nəticələr əldə edilib. Həkimlər xəstələr üzərində apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, onların əksəriyyətində boğaz ağrısı var. Həkimlər onu da bildirdilər ki, epidemiyanın başlanğıcında yüksək olan qoxu və dad itkisi indi xəstələrdə daha az müşahidə olunur. Araşdırma nəticəsində koronavirusun daha çox yayılmış yeni simptomları da daxil edilib.
 
Aşağıdakı simptomlar ilk 20-yə daxil olub:

Boğaz ağrısı - 58%
Burun tutulması - 40%
Bəlğəmsiz öskürək - 40%
Burun axıntısı - 40%
Bəlğəmlə öskürək -37%
Səs batması- 35%
Asqırma – 32%
Yorğunluq - 27%
Əzələ ağrıları - 25%
Başgicəllənmə, yuxululuq - 18%
Şişkin boyun vəziləri - 15%
Göz ağrısı - 14%
Dəyişmiş qoxu - 13%
Sinə ağrısı - 13% 
Qızdırma - 13% 
Üşütmə - 12% 
Nəfəs darlığı - 11% 
Qulaq ağrısı - 11% 
Qoxu itkisi - 10%.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR