Koronavirusun ikinci dalğası: Avropa sərt karantinə qayıdır

Koronavirusun ikinci dalğası: Avropa sərt karantinə qayıdır
DÜNYA
14:09 23.06.2020
1369
Koronavirus pandemiyasının son günlər gözlənilmədən yeni tepm alması dünya ölkələrini sərt karantin tədbirlərinə qayıtmağa vadar edib. Baxmayaraq ki, bir çox ölkələr artıq yumşalma tədbirlərinə getmişdilər, hətta turizm sektorunu açmağa hazırlaşırdılar.

İspaniyanın Araqon və Ueska əyalətlərində koronavirus infeksiyasının yayılmasına görə hökumət sərt karantin tədbirlərini yenidən bərpa edir.

Bu, Avropa İttifaqının üzvü olan dövlətdə karantin izolyasiyasının aradan qaldırılmasından dərhal sonra yeni məhdudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Mütəxəssislər koronavirus infeksiyasının meyvə-tərəvəz yığan mövsümi işçilər arasında yayılmağa başladığını düşünürlər.

Paytaxt Madrid və Barselonada vəziyyət yaxşı deyil, yeni virus ocaqları aşkarlanıb.

Almaniyadakı vəziyyət də narahatlıq doğurur. Belə ki, Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunda 1500-ə yaxın yoluxma müəyyən edilib.

"Əlbəttə, psixoloji cəhətdən çox çətindir. Ancaq insanlar vəziyyətin həqiqətən çətin olduğunu və onların səylərindən, nizam-intizamdan çox şeyin asılı olduğunu daha yaxşı anlamağa başlayıblar”, - yerli sakin Berit Ryurup deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu günlərdə mövcud vəziyyətdə məhz Avropada epidemiyanın ikinci dalğasının çox tezliklə, bir neçə günə başlaya biləcəyini bəyan edib.

Mütəxəssislərin proqnozunun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir, amma digər tərəfdən yeni yoluxma ocaqları təkcə Aİ-də deyil, Böyük Britaniyada, xüsusən də Şimali Uelsdə qeydə alınıb.

Portuqaliya hakimiyyəti restoranlara, barlara, kafelərə və mağazalara aid profilaktika tədbiri olaraq komendant saatı tətbiq edib. Bu məhdudiyyətlər hələlik Lissabon və onun ətrafındakı ərazilərə şamil olunur.

"Yerli vaxtla axşam saat səkkizdən başlayaraq hər yer bağlanacaq", - deyə Baş Nazir Antonio Kosta bildirib.

May ayının sonundan bəri Portuqaliyada koronavirusa yoluxanların sayı doqquz mini ötüb, ümumilikdə isə qırx minə yaxın insan yoluxub, 1500 nəfər ölüb.

Bolqarıstan hakimiyyəti də məhdudlaşdırıcı tədbirlərə qayıdır. "Sofia Globe” nəşrinin məlumatına görə, qapalı ictimai yerlərdə qoruyucu maskalardan istifadə məcburi olub.

Ölkənin Səhiyyə naziri Kiril Ananiyevin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi fonunda belə bir qərar verilib. Buna səbəb son günlər ölkədə COVID-19 -un yayılması ilə bağlı vəziyyətin pisləşməsi olub. Beləliklə, 15 günlük müddətdə (iyunun 7-dən 22-dək) Bolqarıstanda aktiv yoluxanların sayı 626 nəfər artıb.

Nazir, həmçinin əlavə edib ki, bu, əksər vətəndaşların sanitariya normalarına ciddi riayət etməmələri ilə əlaqədardır. Kinoteatrlarda, teatrlarda, gecə klublarında, idman yarışları zamanı qapalı məkanlarda, habelə ictimai nəqliyyatda, xəstəxana və apteklərdə maska taxmaq məcburi hal alıb.

Hazırda ölkədə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq olunur. Sosial məsafənin saxlanılması vacibdir.
 
///Azvision.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"