COVİD-19-un müalicəsində yeni bir addım atılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərargahı Honq-Konqda yerləşən Insilico Medicine klinikası əvvəlki tədqiqatlarda ISM3312 terapevtik məhsulunun viral yükü və ağciyərlərdə iltihabı əhəmiyyətli dərəcədə azaltdığı aşkar edildiyini bildirib.
Kanadalı alim Dr. Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib.
Süni intellektlə hazırlanmış COVİD-19 dərmanının klinik sınaqlarına ilk dəfə başlanıldığına diqqət çəkən Javoronkov Çində İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarına başlanılacağını bildirdi.
Şirkətdən verilən açıqlamada dərmanın virusda proteaz olaraq bilinən fermentləri geri dönməz şəkildə bağlayaraq işlədiyi və hədəf aldığı proteazın SARS-CoV-2 virusunda olan əsas proteaz olan 3CLpro adlandırıldığı bildirilib.
Aydın