"Koronavirusun varlığına inanmayanları psixiatr, psixoloq yoxlasın" - Həkimdən sərt xəbərdarlıq

TOP4
10:54 02.06.2020
1449
Bu, qətiyyən zarafat olunası bir şey deyil. Təəssüflə qeyd edim ki, yenə də belə deyən insanlar var ki, "Koronavirus yoxdur. Yalan söhbətdir. Kiminsə uydurmasıdır". 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov "ATV Qərargah" proqramında deyib.

O, koronavirusun olduğuna inanmayanları psixi xəstə adlandırıb:

"İnanmayan o insanları yaxşı olar ki, psixiatr, psixoloq əlavə olaraq yoxlasın. Çünki mümkünsüzdür. İnsanlar başa düşməlidirlər ki, hər bir insanın sağlamlığı, yaşaması təhdid altındadır. Ona görə də qəbul edilən qaydalara hamı çox ciddi riayət etməldir".

OXŞAR XƏBƏRLƏR