Böyük Britaniyada "Omikron-Xe" variantı aşkar edilib.
AZXEBER.COM xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusa qarşı bir çox ölkələr normallaşmağa başlasa da, son vaxtlar yeni ştam gündəmə gəlib.
Belə ki, Böyük Britaniyada "Omikron-Xe" variantı aşkar edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İngiltərədə bu varianta 637 nəfər yoluxub.
Mütəxəssislər uşaqların bu virusa qarşı peyvəndlə qorunmalı olduqlarını bildiriblər.
Ayşən Mirzəyeva