Koronavirusun yeni variantı aşkarlandı - Yeni növün adı...

Koronavirusun yeni variantı aşkarlandı -  Yeni növün adı...
DÜNYA
17:13 05.04.2022
642
Böyük Britaniyada "Omikron-Xe" variantı aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusa qarşı bir çox ölkələr normallaşmağa başlasa da, son vaxtlar yeni ştam gündəmə gəlib.

Belə ki, Böyük Britaniyada "Omikron-Xe" variantı aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İngiltərədə bu varianta 637 nəfər yoluxub.

Mütəxəssislər uşaqların bu virusa qarşı peyvəndlə qorunmalı olduqlarını bildiriblər. 

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR