“Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbir keçirilib — FOTOLAR

“Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbir keçirilib — FOTOLAR
SOSİAL
23:38 06.08.2024
248
"İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib.

AZXEBER.COM xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılış nitqi ilə çıxış edən "İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilmişdir. "Elektron hökumət layihələri və dövlət satınalmalarının şəffaflığı təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunmuşdur. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılmış, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilmişdir. Asan xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələri olaraq bu istiqamətdə bizim üzərimizə də müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir.”

ATXƏM-in sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər. Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırıldı. Qeyd edək ki, "Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama