"Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “İdeal” aldadır" - EKSPERT RƏYİ

"Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “İdeal” aldadır" - EKSPERT RƏYİ
SOSİAL
14:41 11.10.2017
4946

Son dövrlər xanımların istifadə etdikləri kosmetik məhsulların keyfiyyəti, onlara mağazalar tərəfindən təklif olunan kampaniyalarla bağlı çoxlu sayda şikayətlər daxil olur. Sözügedən şikayətlər həm xanımların üzv olduqları sosial şəbəkələrdəki qruplarda, həm də müxtəlif zamanlarda mətbuatda yayımlanır.

Kosmetika bazarına nəzər salsaq görərik ki, bazarlarda, mağazalarda, küçələrdə, yeraltı keçidlərdə, metro stansiyalarının çıxışında qoyulan piştaxtalar "xarici ölkələrin məhsulları” ilə doludur. Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Kosmetik vasitələrin satıldığı yerlərdən asılı olaraq qiymətlər də artıb-azalmağa başlayır. Metro keçidlərində bu vasitələr ucuz və keyfiyyətsiz olsa da, son illər xanımlar daha çox kosmetik vasitələr bazarında satış liderliyini edən "İdeal”, "Sabina” kimi mağazalara üz tuturlar. Səbəb isə aydındır. Bu bazarda liderlik edən mağazalarının az qala keçiddəki satış obyektlərinin qiymətinə bərabər endirimlər keçirir, bu endirimlər vasitəsi ilə kütlənin diqqətini çəkə bilirlər. Ancaq bir çox hallarda endirim üçün mağazalara yaxınlaşan istehlakçılar reklamlardan fərqli mənzərə ilə qarşılaşırlar. Ağıla isə bir sual gəlir: Ya reklam düz çəkilməyib, ya da ki bu reklamlarda bir məqsəd var. Adamları mağazaya gətirib orada onları aldatmaq.

Bu barədə AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusi ilə "İdeal”la bağlı ən çox şikayətlərin təşkilata ünvanlandığını deyib. Birlik sədrinin sözlərinə görə, hər həftə bu problemlə bağlı 2-3 şikayət daxil olur:

"İstehlakçı hüquqlarının ən çox pozulması "İdeal”da yaşanır. Bir ara bu mağazalarda hədiyyə kartı satılırdı. "İdeal” manata bənzər kartlar buraxıb vətəndaşlara satırdı. Siz ödəniş etdiyiniz məbləğdə bu kartları əldə edib, istədiyiniz şəxsə hədiyyə edə bilirdiniz. Ancaq hədiyyəni alan şəxs bir müddət sonra mağazaya yaxınlaşan zaman ona kartın müddətinin bitdiyi deyilirdi. Nəticədə itirən vətəndaş olurdu. Vətəndaşın pulu da batırdı, hüquqları da kobud şəkildə pozulurdu”.

Birlik sədrinin sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanda bu cür şirkətlərə qanuni nəzarət zəiif olduğundan onlar istədikləri kimi insanları aldada bilirlər.

E.Hüseynov Azərbaycanda kosmetik vasitələrin satışı bazarında liberallaşmanın olmamasına da diqqət çəkib. Ekspertin sözlərinə görə, bu mənada şirkətlər böyük brendləri alaraq fərqli bir rəqib yaratmağa çalışırlar. Bu da bazarda liberallaşmanın əksinə monopoliyalaşmanın və istehlakçılar arasında çaşqınlığın yaranmasına səbəb olur.

"Mac” adlı dünya brendinin "İdeal” tərəfindən Azərbaycanda satışının həyata keçirməsinə diqqət çəkən birlik sədri, bütün bunların bazarda istehlakçı arasında çaşqınlıq yaratdığını əlavə edib:

"Təəssüflər olsun ki, bu bazarda rəqabət anlayışı yoxdur. Liberallaşmanın olmadığı bir mühitdə seçim imkanları məhdud olur. Nəticədə insanlar itirir”.

 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO