Kosmetoloq: “Ucuz və bahalı dolğuların tərkibi eynidir”

Kosmetoloq: “Ucuz və bahalı dolğuların tərkibi eynidir”
SAĞLAMLIQ
15:44 20.08.2025
169
"Həm təbii, həm də süni dolğular insan sağlamlığı üçün ciddi təhlükə yaradır".
 
Bunu AZXEBER.COM-a açıqlamasında kosmetoloq Maya Nuriddin deyib.

O qeyd edib ki, biopolimerlər bu gün də mövcuddur və ucuz dolğuların əksəriyyətində bu tərkib yüksəkdir:

"Azərbaycanda ən bahalı və ən ucuz dolğuların içindəki tərkib demək olar ki, eynidir. Hər ikisi eyni yollarla gətirilir və gömrükdən keçirilir. Təəssüf ki, bir çox həkim həmkarım bunun fərqində deyil”.

Kosmetoloq vurğulayıb ki, pasiyentə prosedur öncəsi mütləq ətraflı anamnez aparılmalıdır. Son dövrlərdə toksinlərlə zəhərlənmələrin artdığını da diqqətə çatdırıb:
"Bu, həkimin səhvi deyil. Firmalar məhsulu gətirib satır, həkim isə reklamına inanaraq alır. Mənim fikrimcə, bazarda hər firmanın fəaliyyətinə icazə olmamalıdır, məhsullar ciddi yoxlamadan satışa çıxarılmamalıdır”.

Maya Nuriddin vətəndaşları dolğu və digər estetik prosedurlar zamanı diqqətli olmağa çağırıb.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR