Kostanyan: “İrəvan Bakı ilə yeni müzakirələr apara bilər"

Kostanyan: “İrəvan Bakı ilə yeni müzakirələr apara bilər"
SİYASƏT
15:09 26.06.2025
290
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

AZXEBER.COM Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR