İspaniya kralı Xuan Karlos Madriddə ordu qərargahına baş çəkən zaman piləkənlərdən sürüşərək yıxılıb. 74 yaşlı monarx burun nayihəsindən xəsarət alsa da, ayağa qalxıb və mərdanə şəkildə ziyarətini davam etdirib. Kral bundan sonra burnu cızılmış halda mətbuat konfransı belə verib.Xatırladaq ki, İspan kralı bir müdddət əvvəl Botsvanada oxşar şəkildə piləkənlərdən aşaraq, ciddi bədən xəsarəti almışdı. Xəsarətdən sonra onun bu ölkədə fil ovuna çıxdığı məlum olmuş və məsələ İspaniyada və xaricdə böyük rezonans doğurmuşdu.