Kral III Çarlzın bacısı yaddaşını itirib

Kral III Çarlzın bacısı yaddaşını itirib
DÜNYA
20:48 25.06.2024
189
Böyük Britaniya Kralı III Çarlzın bacısı Şahzadə Anna beyin silkələnməsi səbəbindən yaddaşını qismən itirib.

Məlumata görə, həkimlər şahzadənin at çaparkən zədə aldığını təxmin edirlər. Hazırda 73 yaşlı Anna nə baş verdiyini xatırlaya bilmir, lakin həkimlərin qənaətinə görə, yaddaş itkisi, çox güman ki, müvəqqəti olacaq.

Qeyd edək ki, şahzadə dünən İngiltərənin qərbindəki "Qatkomb Park"da beyin silkələnməsi keçirib. O, tam sağalana qədər Bristoldakı Sautmid xəstəxanasında qalacaq.
OXŞAR XƏBƏRLƏR