Kralın neft oyunu - manatı batırdı, növbə...

Kralın neft oyunu - manatı batırdı, növbə...
DÜNYA
12:08 05.01.2016
2478

Səudiyyə Ərəbistanı dünya neft bazarlarında qiymət müharibəsini başlatsa da planları boşa çıxdı.

Bu qənaətlə “The Washington Post” qəzeti çıxış edib. “Bu oyunun növbəti qubanı Səudiyyə Ərəbistanının öz iqtisadiyyatı ola bilər”-qəzet yazır.

Nüfuzlu nəşr qeyd edir ki, son vaxtlar Səudiyyə Ərəbistanı bazarı ucuz neftlə doldurur, bununla da nefti nisbətən yüksək dəyərə hasil edən rəqiblərini sıxışdırıb bazardan çıxarmaq istəyir. “Lakin bu indi əvvəllər olduğu qədər asan deyil. ABŞ-ın şist neft hasilatçıları əvvəllər olduğuna nisbətən indi daha aşağı qiymətlərə davam gətirə bilirlər, üstəlik mühümdür ki, onlar lazım olanda istehsalı dayandırıb sonra cüzi xərc çəkməklə qısa müddətdə yenidən bərpa edə bilirlər”-məqalədə deyilir.

Bildirilir ki, səudiyyəlilər amerikalı neft hasilatçılarını hasilatı dayandırmağa məcbur edə bilsələr belə onlar dirçələcəklər və qiymətin 50 dollardan yuxarı qalxmasına imkan verməyəcəklər. Buna isə Səudiyyə Ərəbistanı davam gətirə bilməyəcək. Çünki onun iqtisadiyyatı bahalı neft üzərində qurulub.

Hazırda neftin ucuzlaşması səbəbindən Səudiyyə Ərəbistanının iqtisadiyyatında görünməmiş çətinliklər yaranıb. Büdcə kəsiri ÜDM-in 15 faizini keçib, hökumət yanacaq subsidiyalarını dayandırmalı olub və digər sərt tədbirlər görüb. “Lakin bu tədbirlər işləmir”-qəzet yazır. Çünki Səudiyyə rialı dollardan asılıdır, dollar isə bahalaşır. Nəticədə nefti satıb dollarla gəlir əldə edən ölkələr üçün büdcəni doldurmağın ən sadə yolu milli valyutanın devalvasiyası olur.

Hazırda Səudiyyə Ərəbistanı da Azərbaycan, Qazaxısta və Rusiya kimi ölkələrin getdiyi yolu-milli valyutanın devalvasiyasını nəzərdən keçirir. Çünki neft ixracından asılı olan ölkələrin əksəriyyətinin milli valyutası ucuzlaşsa da rial 15 faiz bahalaşıb. Bu isə iqtisadi artımı əngəlləyir. Səudiyyə hökuməti isə əhalinin yarıdan çoxunu təşkil edən gəncləri ya sosial ödəmələrlə saxlamalı, ya işlə təmin etməlidir.

“Azərbaycan və Qazaxıstan kimi ölkələr məhz bu səbəbdən milli valyutaların kursunu sabi saxlamaqdan imtina ediblər. Ona görə də bazarlar hazırda ona stavka edir ki, bu ölkələrin ardınca Səudiyyə Ərəbistanı da rialın devalvasiyasını həyata keçirəcək”-qəzet yazır.

Analoji fikirlər digər nüfuzlu Amerika nəşrinin-“The Wall Street Journal” qəzetinin məqaləsində də yer alır. Qəzet yazır ki, Səudiyyə Ərəbistanının başlatdığı neft müharibəsinin növbəti qurbanı onun öz iqtisadiyyatı olacaq. Çünki neftdən gələn gəlirlər azalsa da Səudiyyə Ərəbistanı eyni səhvləri təkrarlayır-faiz dərəcələrini azaltmadan və iqtisadi zərbənin təsirlərini başqa yolla yumşaltmadan öz büdcəsini ixtisar edir.

virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib