Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır? – VİDEO

İQTİSADİYYAT
15:17 23.02.2015
4059
Son günlərin ən çox müzakirə edilən mövzusu manatın dollara nisbətdə ucuzlaşmasıdır. Vətəndaşları narahat edən məsələ isə banklardan götürülən kredit borcunun əvvəlki, yoxsa yeni məzənnə ilə ödənilməsidir. Ekspertlər məsələyə aydınlıq gətiriblər. Belə ki, hər şey müqavilədən asılıdır.
Mərkəzi Bankın qərarı ilə manatın ucuzlaşdırılması banklardan dollarla alınan kreditlərin aqibətini gündəmə gətirib. Vətəndaşları narahat edən əsas məsələ götürülən borcun əvvəlki, yoxsa yeni məzənnə ilə ödənilməsidir. Belə ki, Mülki Məcəlləyə əsasən, müqavilədə xarici valyuta ilə ödəniş istisna kimi qeyd edilməyibsə, bütün ödənişlər manatla həyata keçirilməlidir.
Ekspertlər deyirlər ki, bu məsələ Mülki Məcəllə və bankla borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Ona görə də vətəndaşlar mütləq müqaviləni oxumalıdırlar. Əvvəlki məzənnə ilə ödəniş etmək vətəndaş üçün sərfəli olsa da, bu, bankların ürəyincə deyil. Belə olan halda yeni məzənnənin tətbiqi üçün müqavilə dəyişdirilə bilərmi?
Təbii ki, belə hallarda bəzi işbazlar vəziyyətdən sui-istifadə edərək, vətəndaşlardan artıq ödənişlər istəyə bilərlər. Əgər kimsə belə vəziyyətlə qarşılaşsa, o zaman bu haqda Mərkəzi Banka məlumat verilməlidir.
Əgər müqavilədə məzənnə dəyişikliyi ilə bağlı xüsusi bənd olarsa, o zaman vətəndaşlar daha artıq pul ödəməli olacaqlar. Bu da problemli kreditlərin artmasını istisna etmir. Vətəndaşların ehtiyaclarını nəzərə alıb Mərkəzi Bank prosesə müdaxilə edə bilər. (xezerxeber.com)

OXŞAR XƏBƏRLƏR