Kreml ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Amerika qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrinə münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vensin ABŞ qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrini və anti-Rusiya sanksiyalarını qarşıdakı təmaslar zamanı aydınlaşdırılmalı olan Amerika mövqeyinin yeni elementləri adlandırıb.
"Amerika mətbuatındakı müsahibələrə gəlincə, bunlar Vaşinqtonun mövqeyinin yeni elementləridir. Biz əvvəllər belə ifadələr eşitməmişik, onlar əvvəllər səsləndirilməyib", deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov ABŞ ilə qarşıdakı təmaslar zamanı bəzi əlavə aydınlaşdırmalar alacaqlarına ümid etdiklərini söyləyib.
\apa