Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı

Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı
DÜNYA
18:16 27.12.2022
258
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

D.Peskov Ermənistanın "NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.

"Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.

D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: "Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan "Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR