Kreml: Əsəd və ailəsinə sığınacaq vermək qərarı Putinə məxsusdur

DÜNYA
15:28 09.12.2024
156
"Suriyada devrilmiş Baas rejiminin lideri Bəşər Əsəd və onun ailəsinə sığınacaq verilməsi qərarının Putinə aiddir”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Rusiyanın Əsəd və ailəsinə sığınacaq vermə qərarına toxunan Peskov "Prezidentin icazəsi olmadan belə qərarlar verilmir. Bu, onun qərarıdır" deyərək fikirlərini qeyd edib.

Putinin Əsədlə görüşməyi planlaşdırmadığını deyən Peskov Əsədin harada olduğu barədə məlumat vermək istəməyib.

Cəmalə

OXŞAR XƏBƏRLƏR