Kreml nadir torpaq elementləri üzrə ABŞ-la əməkdaşlığa başlamaq şərtlərini açıqlayıb

DÜNYA
20:11 25.02.2025
389
Rusiya ilə ABŞ arasında nadir torpaq elementləri üzrə əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından və Ukrayna nizamlanmasından sonra başlaya bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

"Dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi ortaya çıxdı. Bu, ilk növbədə Ukrayna böhranının həlli məsələsidir. Növbəti gündəm Ukrayna böhranının həllidir. Və yalnız bundan sonra ticari-iqtisadi layihələrə baxılır. Amerikalıların nadir torpaq metallarına ehtiyacı var. Bizdə onlardan çoxu var. Geniş perspektivlər açılır. Vaxtı gələndə açıq olacağıq", - D.Peskov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR