Kreml Orbanın Aİ liderlərinə Ukrayna üçün sülh planı ilə bağlı təklifindən xəbərsizdir

Kreml Orbanın Aİ liderlərinə Ukrayna üçün sülh planı ilə bağlı təklifindən xəbərsizdir
DÜNYA
18:28 15.07.2024
158
Kreml Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqı liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatlarından xəbərsizdir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kremlə Macarıstanın Baş naziri Orbanın Aİ liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatları məlum deyil.

"Təbii ki, Moskvada təmaslar zamanı cənab Orban öz baxışının əsas parametrlərini açıqladı. Amma Aİ liderlərinin daxili yazışmalarında nədən bəhs edildiyini bilmirik. Ola bilsin ki, bizim xəbərimiz olmayan nüanslar var. Biz cənab Orbanın ümumi yanaşmasını bilirik", deyə Kremlin sözçüsü vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR