Kreml: Paşinyanın istefası təxirəsalınmaz müzakirə tələb etmir

Kreml: Paşinyanın istefası təxirəsalınmaz müzakirə tələb etmir
DÜNYA
15:48 29.03.2021
501
"Ermənistan Baş nazirinin istefası öz şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir".

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya tərəfinin müxtəlif səviyyələrdə Ermənistanın hökumət başçısı ilə intensiv telefon söhbətlərinin olduğunu bildirib: "Birincisi, o istefa versə belə, yeni seçkilərədək vəzifəsinin icrasını davam etdirəcək. Buna görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur. O ki qaldı Rusiya Prezidentinin Paşinyanla telefon söhbətlərinə, onlar tez-tez əlaqə saxlayır. Müxtəlif səviyyələrdə mütəmadi müzakirə atmosferi mövcuddur". 
OXŞAR XƏBƏRLƏR